Haqqımızda

Azərbaycan Startup Ekosistemi (ASE) Azərbaycan startup ekosistemində lazım və faydalı ola biləcək bütün informasiyanı gənc sahibkarların istifadəsi üçün özündə toplayan bir bələdçidir. Platformada ekosistemdəki inkubator və akselerator mərkəzləri, texnoparklar və kovörkinq mərkəzləri, startupların faydalana biləcəyi fondlar və qrantlar, Azərbaycanda təşkil olunan belnəlxalq və yerli startup yarışları, şirkət qeydiyyatı və vergi, patentləşmə və lisenziya, innovasiya və sahibkarlıqla bağlı sərəncam və fərmanlar toplanılmaqla, əslində öyrənilməsi uzun müddətə başa gələn informasiyanın əldə edilməsi çox daha asanlaşdırılmışdır.

Siz də gənc sahibkarların faydalana biləcəyi informasiyanı bizimlə paylaşın və uyğun görülən kontent ekosistemin inkişafı üçün platformada yerləşdiriləcəkdir. İnkişaf üçün bizimlə əlaqə saxlayaraq fikirlərinizi paylaşmağınız bizim üçün çox vacibdir.